Ərdoğan zəlzələnin maddi zərərini açıqladı
Fevralın 6-da Türkiyənin cənub-şərqində baş verən zəlzələlərin vurduğu ziyan, ilkin məlumatlara görə, 104 milyard dolları keçib. Bu barədə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Brüsseldə keçirilən Türkiyə və Suriyaya yardım donorlarının beynəlxalq konfransının iştirakçılarına videomüraciətində bildirib. “51 mindən çox insan zəlzələlərin qurbanı olub, 105 mindən çox insan xəsarət alıb. İlkin məlumatlara görə, zəlzələlərin vurduğu ziyan 104 milyard dolları ötüb”, - deyə Ərdoğan bildirib. O vurğulayıb ki, təbii fəlakət 11 əyalətdə yaşayan 14 milyon insana təsir edib. Mənbə: TASS Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş