Goranboyda 22 yaşlı qadın dəm qazından zəhərləndi
Goranboyda zəhərlənmə faktı qeydə alınıb. Şəffaflıq.az-ın məlumatına görə, hadisə rayonun Rəhimli kəndində baş verib. 2001-ci il təvəllüdlü Ceyhunə Nəsirova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. 22 yaşlı qızın vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə, C.Nəsirova yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib.
Xəbəri paylaş
Facebook-da paylaş