Babək rayonunda maşın aşıb, ölən var
Babək rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. Şəffaflıq.az-ın Naxçıvan bürosu xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Badaşqan kəndi ərazisində baş verib. 1997-ci il təvəllüdlü Babək rayon Zeynəddin kənd sakini Elman Əsədovun idarə etdiyi "Daewoo" markalı avtomobil aşıb. Nəticədə avtomobilin sürücüsü ölüb, sərnişin - 2001-ci il təvəllüdlü Zeynəddin kənd sakini Qasım Quliyev isə ağır xəsarət alıb. O, Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş
Facebook-da paylaş