Bu il İrandan Azərbaycana gətirilən istehlaka yararsız portağal məhsulunun həcmi 1 400 tonu keçib
Bu il İrandan idxal edilən istehlaka yararsız portağal məhsulunun həcmi 1400 tonu keçib. Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib. Nəzarət tədbirləri çərçivəsində İrandan idxal edilən portağal məhsulu partiyalarına fitosanitar baxış keçirilib, müayinələrin aparılması məqsədilə məhsullardan nümunələr götürülərək agentliyin tabeliyində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Sınaq protokolları nəticəsində idxal olunmuş ümumilikdə 1438 tondan artıq 72 portağal məhsulu partiyasında (2023-cü ilin 1 yanvar-10 mart tarixlərində) karantin tətbiq edilən zərərli orqanizm - sitrus tristeza virusu (“citrus tristeza virus”) aşkarlanıb. Bu barədə İranın Milli Bitki Mühafizəsi Təşkilatına bildirişlər göndərilib və baş verən uyğunsuzluqların araşdırılaraq nəticəsi barədə agentliyə məlumat verilməsi bildirilib. Faktlarla bağlı qanunvericiliyə uyğun olaraq, qida təhlükəsizliyi sertifikatının verilməsindən imtina edilməsi və təhlükəli məhsulların gömrük ərazisinin hüdudlarından kənarlaşdırılması və ya məhv edilməsinə dair qərarlar qəbul edilib. Bu ilin 1 yanvar-10 mart tarixlərində İrandan portağal məhsulları idxal edən və uyğunsuzluq aşkarlanan şirkətlərin adları aşağıdakı kimidir:
Facebook-da paylaş