Azərbaycanda İT sahəsində fəaliyyət göstərən xanımlar mükafatlandırılacaq


Mayın 12-də Bakıda “Azerbaijan Women in IT Awards” (AWITA) tədbiri çərçivəsində İT sahəsində fəaliyyət göstərən uğurlu Azərbaycan xanımlarının mükafatlandırma mərasimi keçiriləcək.

Bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən məlumat verilib.

Məlumata görə, tədbirinin əsas məqsədi - Azərbaycanda texnologiya sahəsində innovativ yanaşmalar sərgiləyən, ölkənin İT sahəsinin inkişafına dəstək olan uğurlu lider qadın rol modellərini tanıtmaq, onları dəstəkləmək və mükafatlandırmaqdır.

Mükafatlandırma müsabiqədə qeydiyyatdan keçmiş xanımların müxtəlif nominasiyalar üzrə qiymətləndirilməsi və son mərhələdə münsiflər tərəfindən 10 nominasiya üzrə qalibin seçilməsi ilə həyata keçirilir.

"2017-ci ildən hər il “Femmes Digitales”in təşkil etdiyi AWITA müsabiqəsinin builki dəstəkçilərindən və münsiflər heyətindən biri olan Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti xanımlarımızı sahə üzrə mükafatlandırma mərasimində aktiv iştiraka səsləyir və bütün iştirakçılara uğur arzulayır", - deyə məlumatda qeyd olunub.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}