Türkiyədə zəlzələlərdə dağılan binalarla bağlı 247 nəfər saxlanılıb


Kahramanmaraş mərkəzli zəlzələlərdə dağılan və ya zədələndiyi müəyyən edilən binalarla bağlı aparılan araşdırmalarda 247 şübhəli şəxs saxlanılıb.

Türkiyə Baş Prokurorluğundan verilən məlumata görə, saxlanılanlar arasında 93 podratçı, 123 bina nəzarətçisi, 13 bina sahibi və 18 bina sakini var. Sonuncular binaların konstruksiyasına edilən köklü dəyişikliklərə görə məsuliyyət daşıyırlar.

Bildirilir ki, bütövlükdə fevralın 6-da baş verən zəlzələlərdə dağılan və ya zərər çəkən binalarla bağlı başladılan araşdırmalarda artıq 997 şübhəlinin məsuliyyəti müəyyən edilib.

Mənbə: Haber Global

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}