Azərbaycanda məktəbdə meyit tapıldı


Ağstafada orta məktəbdə meyit tapılıb. 

Şəffaflıq.az xəbər verir ki, hadisə rayonun Saloğlu qəsəbəsində qeydə alınıb.

Qəsəbə kənd orta məktəbində kişi meyiti aşkar edilib. Meyitə baxış keçirilərkən onun məktəbin gözətçisi 53 yaşlı Veys Sadıxov olması müəyyən edilib. 

Mühafizəçinin ölüm səbəbi hələlik məlum deyil. 

Faktla bağlı araşdırılma aparılır. 


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}