Corc Dik: “Azərbaycan-İsrail münasibətlərində yeni dövr başlayır” - FOTO


“Azərbaycanın ilk səfiri İsrailə gəlib”.

Bu sözləri İsrailin Azərbaycandakı səfiri Corc Dik öz “Twitter” səhifəsində yazıb.

O, Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədovun ölkəsinə getməsindən məmnunluğunu bildirib:

“Azərbaycan-İsrail münasibətlərində yeni dövr başlayır. Xoş gəlmisiniz, cənab səfir!”

Qeyd edək ki, Prezident İlham Əliyev 2022-ci il noyabrın 26-da Azərbaycanın İsrail Dövlətində (Təl-Əviv şəhərində) səfirliyinin təsis edilməsi ilə bağlı sərəncam imzalayıb.

 

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}