ANAMA-nın təlim heyəti genişlənir, vəsaitlər çoxaldılır


"Hazırda hərbi hissələrdə humanitar minaaxtarma və döyüş ərazilərinin təmizlənməsi, ümumilikdə beynəlxalq minaaxtarma əməliyyatlarının öyrədilməsi həyata keçirilir".

"Report"un Ağdama ezam olunan müxbiri xəbər verir ki, bu sözləri ANAMA-ın əməliyyat idarəsi, təlim və metodoloji təminat şöbəsininin baş mütəxəssisi Musa Məmmədov deyib.

Onun sözlərinə görə, minatəmizləmə ilə məşğul olan təşkilatların eyni qaydayla işləməsi vacibdir: "Belə olan halda vətəndaşlarımız işğaldan azad edilən ərazilərimizdə rahatlıqla məskunlaşacaqlar. ANAMA da məhz buna görə öz üzərinə düşən vəzifələri maksimum yerinə yetirməyə çalışır. ANAMA beynəlxalq minaaxtarma işində ən təcrübəli təşkilatdır. Bu sahədə digər təşkilatlarla da təcrübəsi mübadiləsi aparılır, eyni zamanda təlimlər təşkil olunur. Ona görə də, təlim heyəti genişlənir, həm də təlim üçün vəsaitlər çoxaldılır".

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}