Azərbaycanda koronavirusa 20 yeni yoluxma qeydə alınıb, 1 nəfər ölüb


Azərbaycanda koronavirusa 20 yeni yoluxma qeydə alınıb, 9 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə  Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

Ölkədə indiyədək ümumilikdə 828 412 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 818 238 nəfər müalicə olunaraq sağalıb, 10 117 nəfər vəfat edib.

Aktiv xəstə sayı 157 nəfərdir.

Son gün ərzində 991, bu günədək isə 7 522 178 test aparılıb.

Şəffafllıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}