London derbisini “Tottenhem” qazandı – VİDEO


İngiltərə Premyer Liqasının XXV turu London derbisi ilə əlamətdar olub.

Şəffaflıq.az xəbər verir ki, paytaxtda “Tottenhem” “Çelsi”ni qəbul edib.

Oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qarşılaşmanın 45+5-ci dəqiqəsində “Çelsi”nin futbolçusu Hakim Ziyeş birbaşa qırmızı vərəqə alsa da, daha sonra referi VAR-a baxdıqdan sonra onun cəzasını sarı vərəqə ilə əvəzləyib.

Qolları isə qarşılaşmanın 46-cı dəqiqəsində Skipp, 82-ci dəqiqəsində Harri Keyn vurub.

Bu nəticədən sonra xallarının sayını 45-ə yüksəldən “Tottenhem” turnir cədvəlində 4-cü pilləyə yüksəlib, ardıcıl ikinci oyunda uduzan “Çelsi” isə 31 xalla 10-cudur.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}