Ukraynanın Avdeyevka və Baxmut şəhərləri tamamilə dağıdılıb
Ukraynanın Avdeyevka və Baxmut şəhərləri Rusiya hərbçiləri tərəfindən atəşə tutulma nəticəsində demək olar, tamamilə dağıdılıb. "Cəbhəyanı ərazilərə gəlincə, orada dağıntılar sadəcə inanılmazdır. Misal üçün Avdeyevkanı götürsək, şəhər əslində tamamilə dağıdılıb. Bizim qala-şəhərimiz Baxmutun 80%-dən çoxu dağıdılıb", - Pavel Kirilenko vurğulayıb. Region rəhbəri qeyd edib ki, Rusiya hərbçiləri bütün cəbhə xətti boyunca yandırılmış ərazi taktikasından istifadə edir. Qarşı tərəfin hərbçiləri yarıb keçə bilməyəcəkləri yerdə bütün infrastrukturu məhv etməyə çalışırlar. Qeyd edilir ki, Donetsk bölgəsi Rusiya-Ukrayna müharibəsi cəbhəsinin ən qaynar bölgəsi olaraq qalır. Ukrayna Baş Qərargahının məlumatına görə, bu gün ən ağır döyüşlər Kupyansk, Liman, Baxmut, Avdeyevka və Şaxtyorsk istiqamətlərində gedir. Ötən ilin yazından Rusiya hərbçiləri tərəfindən ələ keçirilən Mariupol da qeyri-sabit yer olaraq qalır. Rusuya hərbçilərinin hərbi obyektlərində mütəmadi olaraq naməlum xarakterli partlayışlar və yanğınlar baş verir.Şəffaflıq.az UNİAN-a istinadən xəbər verir ki, bunu telemarafonun efirində Donetsk Regional Hərbi Administrasiyasının rəhbəri Pavel Kirilenko deyib.
Facebook-da paylaş