Kiyevin “Cəsarət xiyabanı”nda Co Baydenin adı həkk olundu


Ukraynanın paytaxtı Kiyevdə yerləşən “Cəsarət xiyabanı”nda Co Baydenin adı yazılmış lövhə yaradılıb.

ABŞ Prezidenti Ukrayna lideri Volodimir Zelenski ilə birlikdə Ali Rada yaxınlığındakı Konstitusiya Meydanını ziyarət edib.

Lövhədə Baydenin imzası və iki tarix həkk olunub: 24 fevral 2022-ci ildə Rusiyanın tammiqyaslı işğalı günü Volodimir Zelenskiyə ilk telefon zəngi və ABŞ Prezidentinin Ukraynaya ilk səfər günü olan 20 fevral 2023-cü il tarixi.

“Cəsarət xiyabanı” müharibə başlayandan sonra Zelenskinin təşəbbüsü ilə yaradılıb. Burada Rusiyanın hücumundan sonra Ukraynaya dəstək verən dünya liderlərinin adları qeyd olunub. Bunlar təkcə siyasətçilər deyil, həm də mədəniyyət xadimləri, ulduzlardır. İlk ad lövhəsi isə Polşa Prezidenti Andjey Dudaya məxsusdur.





Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}