Masallıda iki avtomobil toqquşdu: Xəsarət alan şəxslərin kimliyi AÇIQLANDI


Masallıda baş verən qəzada xəsarət alanların adları məlum olub.

Şəffalıq.az xəbər verir ki, Masallı Rayon Mərkəzi Xəstəxanasına daxil olan yaralılar bunlardır: 

1. 2000-ci il təvəllüdlü İsmət Qalib oğlu Heydərli, sol çiyin çıxığı və sol bazu sınığı,

2. 1997-ci il təvəllüdlü Nicat Əhmədullah oğlu İsmayılov, döş qəfəsi əziyi,

3. 2001-ci il təvəllüdlü Zeynəb Vüqar qızı Hüseynova, döş qəfəsi əziyi,

4. 1982-ci il təvəllüdlü Kamal Orucəli oğlu Təhməzov, döş qəfəsi əziyi, sol çanaq əziyi,

5. 1990-cı il təvəllüdlü Zeynəb Zakir qızı Ağayeva, döş qəfəsi əziyi,

6. 2020-ci il təvəllüdlü Gülnur Kamal qızı Təhməzli, sol aşıq baldır əziyi,

7. 2022-ci il təvəllüdlü Kamil Kamal oğlu Təhməzli, bud sümüyünün sınığı diaqnozu.

Xəsarət alanların vəziyyəti sabitdir.

Masallıda iki avtomobil toqquşub, 7 nəfər xəsarət alıb.

DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, fevralın 19-da saat 14 radələrində Masallı rayonunun Binə Xocavar kəndi ərazisində rayonun Çaxırlı kənd sakini K.Təhməzovun idarə etdiyi “Mercedes” markalı avtomobillə Balakən rayon sakini N.İsmayılovun idarə etdiyi digər bir “Mercedes” markalı avtomobili toqquşub.

Qəza nəticəsində ümumilikdə 7 nəfər müxtəlif bədən xəsarətləri alıb. 

Faktla bağlı araşdırma aparılır.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}