Türkiyədə zəlzələdə həlak olan Samir Quliyev dəfn olundu


Türkiyənin Malatya şəhərində zəlzələ nəticəsində uçan binanın dağıntıları altında qalaraq həlak olan Samir Quliyevlə Gədəbəy rayonunda vida mərasimi başa çatıb. 

Şəffaflıq.az xəbər verir ki, vida mərasimindən sonra S.Quliyev rayonun İnəkboğan kənd qəbiristanlığında dəfn olunub.

Dəfn mərasimində yaxınları, dostları, kənd sakinləri, rayon icra hakimiyyətinin, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Türkiyənin Malatya şəhərində fevralın 6-da baş vermiş zəlzələnin təsirindən uçub-dağılan binanın altında qalan tələbə Samir Quliyevlə Gədəbəy rayonunda vida mərasimi keçirilir.

Şəffaflıq.az -ın məlumatına görə, vida mərasimindən sonra tələbə torpağa tapşırılacaq.

Qeyd edək ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşok qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkiyə səbəb olub.

İki zəlzələ nəticəsində 35 418 nəfər ölüb, 105 505 nəfər yaralanıb, hazırda 13 208 yaralının müalicəsi xəstəxanalarda davam etdirir.

Malatya şəhərindəki İnönü Universitetinin tələbələri - Samir Quliyev, Şahin Vəliyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadənin meyitləri uzunmüddətli axtarışdan sonra fevralın 14-də tapılıb.


İlhamə Əbülfət




Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}