Xocalıda yol qəzası olub, xəsarət alanlar var
Xocalı rayonunda yol qəzası olub, xəsarət alanlar var. Bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib. Belə ki, Xocalı Rayon Polis Şöbəsinə rayonun Çanaqcı kəndi ərazisində yol-nəqliyyat hadisəsi olması barədə məlumat daxil olub. Polis əməkdaşları dərhal hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. Araşdırmalar zamanı məlum olub ki, Astara rayon sakini, 1985-ci il təvəllüdlü Qılman Rəhimovun idarə "Mercedes" markalı beton tökən avtomobil idarəetməni itirərək yol kənarındakı beton səthə çırpılıb, daha sonra aşıb. Hadisə nəticəsində sürücü və sərnişin, Tovuz rayon sakini, 1994-cü il təvəllüdlü Şinasin Niyazov müxtəlif bədən xəsarətləri alıb. Xəsarət alanlara ilkin tibbi yardım göstərilərək xəstəxanaya yerləşdirilib, ərazidə nəqliyyatın hərəkəti bərpa olunub. Faktla bağlı araşdırmalar davam etdirilir. Şəffaflıq.az
Facebook-da paylaş