Gürcüstanda bir gündə dörd dəfə zəlzələ olub


Son sutka ərzində gürcü seysmoloqları ölkənin qərbində üç, eləcə də cənubunda bir zəlzələ qeydə alıblar.

Şəffaflıq.az  xəbər verir ki, bu barədə

Gürcüstanın Seysmik Monitorinq Milli Mərkəzi məlumat yayıb.

Qeyd olunub ki, Gürcüstanın cənubunda 3,1 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Axalkalaki şəhərindən iki kilometr aralıda, episentri isə beş kilometr dərinlikdə yerləşib.

Daha sonra ölkənin qərbində 24 saat ərzində 4,4 və 4,3 bal gücündə zəlzələlər qeydə alınıb. Onların episentrləri şəhər tipli Baxmaro qəsəbəsi ərazisində yerləşib.

Bundan əvvəl Quriya bölgəsində 4,3 bal gücündə zəlzələ baş vermişdi.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}