“SOCAR Türkiyə” zəlzələ baş verən vilayətlərdə pulsuz yanacaqla təmin edən YDM-lərin sayını artırıb
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi olan “SOCAR Türkiyə” zəlzələ baş verən vilayətlərdə təcili yardım, yanğınsöndürmə, Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) və digər təşkilatların xilasetmə nəqliyyat vasitələrini pulsuz benzin və dizellə təmin edən yanacaqdoldurma məntəqələrinin (YDM) sayını artırıb. Bu barədə şirkətin “Twitter” hesabında qeyd edilib. “Adıyaman, Aksaray, Qaziantep, Hatay, Kahramanmaraş, Mersin və Şanlıurfadakı yanacaqdoldurma stansiyalarından təcili yardım, yanğınsöndürmə briqadaları və növbətçi bütün xilasetmə vasitələrinə pulsuz yanacaq verdiyimiz məntəqələrin sayını artırdıq. Tutumu məhdud olan axtarış-xilasetmə maşınlarına ən sürətli dəstəyin göstərilməsi üçün zəlzələ bölgəsində vətəndaşlarımızın fərdi avtomobillərinin yanacaq tələbatını pulsuz ödəmək mümkün olmayacaq. Stansiyalarımızın telefonlarının əlçatan olması vacibdir, bunun üçün kənar şəxslərin zəngləri qəbul edilməyəcək. Xilasetmədə iştirak edənlərdən kənar zənglər lazım olan şəxslərin və qurumların əlaqəsinə və xilasetmə işlərinə mane ola bilər”, - deyə bildirilir. YDM-lər bu ünvanlarda yerləşir: Adıyaman / Merkez And Dereci Petrol - Adıyaman / Kahta Erdoğanlar Petrol - Aksaray / Merkez Altınsoy Ramsöy Petrol - Mersin / Mut Petrolim Petrol (Karşıyaka Mahallesi) – Mersin / Mut Petrolim Petrol (Kurtsuyu Mahallesi) - Mersin / Akdeniz Ayçiçek Petrol - Şanlıurfa / Halfeti İlçesi Acarpet Akaryakıt - Şanlıurfa / Hilvan İlçesi Çakmak Petrol - Şanlıurfa / Eyyübiye Atmaca Petrol - Bakır Petrol - Şanlıurfa / Bozova Cankarataş Petrol - Şanlıurfa / Birecik Özacarlar Petrol - Gaziantep / Şehitkamil Özemin Petrol - Hatay / Dörtyol Hidayet Petrol - Kahramanmaraş / Dulkadiroğlu OKM Enerji Petrol - Kahramanmaraş / Onikişubat OKM Enerji Petrol - Kahramanmaraş / Onikişubat Saylak Petrol - Kahramanmaraş / Türkoğlu Nempet Yakıt - Şəffaflıq.az
Facebook-da paylaş