Türkiyə parlamenti fəaliyyətini dayandırıb
Türkiyəli deputatlar ölkədə baş verən dağıdıcı zəlzələdən sonra ölkə parlamentinin işini dayandırmaq qərarına gəliblər. Şəffaflıq.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb. Hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Türkiyə Böyük Millət Məclisindəki fraksiyasının başçısı Mustafa Elitaş parlamentin iclaslarının bir həftə müddətinə təxirə salınması ilə bağlı qərarın yekdilliklə qəbul edildiyini vurğulayıb.
Xəbəri paylaş
Facebook-da paylaş