Qəbələdə evdə partlayış olub


Qəbələdə qaz sızmasından yaşayış evində partlayış baş verib.

Şəffaflıq.az xəbər verir ki, hadisə səhər saatlarında olub.

Nəticədə Qəbələ şəhər sakini Zəkəriyev İlkin Faiq oğluna məxsus yaşayış evinin 130 kvadratmetr hissəsi dağılıb.

Hadisə nəticəsində evə ciddi ziyan dəyib. Xəsarət alan yoxdur.

Faktla bağlı araşdırma aparılır.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}