Bakıda minik avtomobilləri toqquşub, bir nəfər ölüb
Bakıda minik avtomobilləri toqquşub, bir nəfər ölüb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib. Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "Hyundai" və "Kia" markalı iki minik avtomobili toqquşub, 1 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb. Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti zədələnmiş nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş