Azərbaycan-Gürcüstan-Rumıniya-Macarıstan İşçi Qrupu yaradılıb
Azərbaycan-Gürcüstan-Rumıniya-Macarıstan İşçi Qrupu yaradılıb. Şəffaflıq.az xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto feysbukda yazıb. Onun sözlərinə görə, genişmiqyaslı plan yaşıl elektrik enerjisini Azərbaycan, Gürcüstan və Rumıniya vasitəsilə Macarıstana çatdıracaq iki mühüm məqsədə nail olmağa kömək edəcək: "Bu sərmayə ilə biz bir tərəfdən enerji təhlükəsizliyimizi daha da yaxşılaşdıracaq, digər tərəfdən isə iqlimin qorunması hədəflərimizə çatmağa daha da yaxınlaşacağıq. Birgə sərmayə öz növbəsində unikaldır, çünki biz Qara dənizin altında dünyada ən uzun 1195 kilometrlik sualtı elektrik kabelini çəkəcəyik. Bu gün biz Azərbaycan-Gürcüstan-Rumıniya-Macarıstan İşçi Qrupunu yaratdıq və ona vahid texniki-iqtisadi əsaslandırmanın hazırlanması tapşırığı verdik".
Facebook-da paylaş