Keçən ay 19 nəfərə elmi dərəcə verilməsindən imtina edilib
Bu ilin yanvar ayında 19 nəfərə elmi dərəcə verilməsindən imtina edilib. Bu barədə Prezident yanında Ali Attestasiya Komissiyasından bildirilib. Həmin müddətində 42 nəfərə fəlsəfə doktoru, 9 nəfərə elmlər doktoru dərəcəsi verilib. Fəlsəfə doktoru elmi dərəcəsi almaq istəyən 19 nəfərə imtina cavabı gəlib. Bundan başqa, keçən ay 10 nəfərə dosent, 1 nəfərə professor elmi adı verilib. Dosent elmi adı almaq istəyən 7 nəfərə, professor elmi adı almaq istəyən 2 nəfərə imtina verilib. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş