Ötən ay 17 nəfərə elmi dərəcə, 4 nəfərə elmi ad verilməsindən imtina edilib
Ötən ay 17 nəfərə elmi dərəcə verilməsindən imtina edilib.
Bu barədə Prezident yanında Ali Attestasiya Komissiyasından məlumat verilib.
Bundan başqa, may ayı üzrə 25 nəfərə fəlsəfə doktoru, 3 nəfərə elmlər doktoru dərəcəsi verilib. Həmin müddətdə 28 nəfərə dosent, 4 nəfərə professor elmi adı verilib, 4 nəfərə isə elmi ad verilməsindən imtina edilib. Eyni zamanda, 1 nəfərin xarici ölkədə verilmiş elmi dərəcə haqqında sənədi tanınıb.
Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş