Agentlik: "Bu günədək 1 537 nəfərə hərbi səbəblərə görə əlillik təyinatı aparılıb"
“Bu günə qədər 3 444 nəfər hərbi səbəblərə görə müayinə olunub, onlardan 1 537 nəfərə əlillik təyinatı aparılıb”.
Şəffaflıq.az xəbər verir ki, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Tibbi-sosial ekspertiza xidmətinin təşkili departamentinin müdir müavini İlkin Yusifov deyib.
Onun sözlərinə görə, həmin müayinələr zamanı 1 853 nəfərə imtina qərarı verilib: “1 580 nəfərə isə əlillik əlaməti təyin edilməməsi səbəbindən imtina verilib”.
Xəbəri paylaş
Facebook-da paylaş