Qaxda avtomobil ağaca çırpılıb, sürücü ölüb


Qax rayonunda avtomobil ağaca çırpılıb, sürücü ölüb.

Şəffaflıq.az-ın məlumatına görə, hadisə səhər saatlarında şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, 1963-cü il təvəllüdlü Şövkət Mənəf oğlu Yusifov idarə etdiyi "BMW" markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib. Daha sonra maşın yol kənarındakı ağaca çırpılıb. Nəticədə sürücü ölüb.

İlkin məlumatlara görə, sürücünün ürək tutmasından öldüyü ehtimal olunur.

Faktla bağlı araşdırma aparılır.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}