Sumqayıt Kimya Sənaye parkında dörd müəssisə işə başlayacaq


2023-cü ildə Sumqayıt Kimya Sənaye Parkında dörd müəssisənin istehsal fəaliyyətinə başlaması planlaşdırılır.

Bu barədə bu gün İqtisadi Zonaların İnkişafı Agentliyinin idarə heyətinin sədri Elşad Nuriyev 2022-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bunlar “Azərbaycan Vanhong Ceramics Co” MMC-nin (Çin kapitallı şirkət) keramik plitələr istehsalı müəssisəsi, “AK Pack” MMC-nin yumşaq polimer qablaşdırma məhsulları istehsalı müəssisəsi, “Novus Plastica” MMC-nin polimer məhsullar emalı müəssisəsi və “UPI - Universal Packing İndustry” QSC-nin qablaşdırma məhsulları istehsalı müəssisələridir.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}