Belçika daha bir nüvə reaktorunu bağlayır
Avropada enerji böhranına baxmayaraq Belçikada “Tihange 2” nüvə reaktoru 40 illik istismardan sonra bu gün həmişəlik fəaliyyətini dayandıracaq. Belçikada keçmiş hökumətlərin qəbul etdiyi qərarlar istiqamətində hazırlanan nüvə çıxış qanunu səbəbi ilə bağlanacaq “Tihange” Atom Elektrik Stansiyasının 3 reaktorundan biri olan “Tihange 2” reaktoru illik 1055 meqavat-saat elektrik enerjisi istehsal gücünə malik olub. Ölkədə cəmi 7 reaktor işləyib. Bu reaktorlar tərəfindən istehsal olunan elektrik enerjisi adətən ölkənin tələbatının təxminən yarısını ödəyib. Belçika hökuməti 2025-ci ildə atom elektrik stansiyalarının istismardan çıxarılması planını Rusiya-Ukrayna müharibəsindən əvvəl hazırlayıb. Keçmiş hökumətlərin qərarlarına uyğun olaraq, “Doel 3” rektoru ötən ilin sentyabrında bağlanıb. Mənbə: Anadolu Şəffaflıq.az
Facebook-da paylaş