Lənkəranda yaşayış evində kişi meyiti tapıldı
Lənkəranda yaşayış evində kişi meyiti tapılıb. Şəffaflıq.az xəbər verir ki, meyit axşam saatlarında rayonun Vilvan kəndində yerli sakinlər tərəfindən aşkar edilib. Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları yaşayış evinə baxış keçiriblər. Meyitin İsmixan Məhkəmə oğlu Əzimova məxsus olduğu müəyyən edilib. Ölən şəxsin bir neçə ildir tək yaşadığı bildirilir. Ölümün səbəbini müəyyən etmək üçün meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə aparılıb. Faktla bağlı araşdırma davam edir.
Xəbəri paylaş
Facebook-da paylaş