Cəlilabadda balta ilə oynayan uşaq əlinə xəsarət yetirib, barmağı amputasiya olunub


Cəlilabad rayonunda iki yaşlı uşaq həyətdə oynayarkən barmağını kəsib və onun həmin barmağı amputasiya olunub.

Şəffaflıq.az-ın məlumatına görə, hadisə rayonun Axtaxana kəndində baş verib.

Belə ki, həyətlərində balta ilə oynayan 2020-ci il təvəllüdlü E.Məmmədova sağ əlinin ikinci barmağına xəsarət yetirib.

Azyaşlı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və azyaşlının həmin barmağı amputasiya olunub.

Faktla bağlı araşdırma aparılır.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}