İranlı qadın idmançı Almaniyadan sığınacaq istədi


İranlı xizəkçi və 2022-ci il Pekin Qış Olimpiya Oyunlarının yeganə iranlı qadın iştirakçısı Atifə Əhmədi Almaniyadan sığınacaq istəyib.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.

Bir neçə beynəlxalq yarışda qızıl medallar qazanan Əhmədi yanvarın 28-də verdiyi açıqlamada Almaniyadan sığınacaq istədiyini bildirib. O, mühacirət səbəbinin İranda qadınlara qarşı təzyiqlər, ayri-seçkilik və məcburi hicab qaydaları ilə bağlı olduğunu deyib.

Qeyd edək ki, bundan öncə də xüsusilə son illər ərzində müxtəlif idman növlərində medallar qazanan İran milli komandalarının üzvləri xarici ölkələrə sığınıblar.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}