Goranboyda minik və yük maşınları toqquşub, 4 nəfər xəsarət alıb


Bakı-Qazax magistral yolunun 310-cu kilometrliyində 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 Qərb bürosunun məlumatına görə, magistral yolun Goranboy rayonu ərazisindən keçən hissəsində 1985-ci il təvəllüdlü M.İsmayılovun idarə etdiyi “İsuzu” markalı yük avtomobili ilə Mingəçevir şəhər sakini, 1948-ci il təvəllüdlü M.Həsənovun idarə etdiyi VAZ-2106 markalı avtomobil toqquşub.

Qəza nəticəsində minik avtomobilində olan 1973-cü il təvəllüdlü T.Dursunova, 1995-ci il təvəllüdlü G.Dursunova, 1953-cü il təvəllüdlü A.Həsənova və 1980-ci il təvəllüdlü Y.Həsənova xəsarət alıblar.

Faktla bağlı araşdırma aparılır.

Şəffaflıq.az 


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}