Azərbaycanın daha 6 cüdoçusu Qran-pridə mübarizəyə başlayır


Bu gün Azərbaycanın daha 6 cüdoçusu Portuqaliyanın Almada şəhərində keçirilən Qran-pri turnirində mübarizəyə başlayacaq.

Şəffaflıq.az-ın məlumatına görə, yarışın ikinci günündə kişilərdən 73 kq-da Vüsal Qələndərzadə və Nurlan Osmanov, 81 kq-da Rüstəm Orucov və Elcan Hacıyev qüvvəsini sınayacaq.

Qadınlar arasında isə 63 kq-da Aytac Qardaşxanlı və 70 kq-da Südabə Ağayeva medal uğrunda güləşəcək.

Görüşlər Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.

Qeyd edək ki, yarışın ilk günündə Azərbaycan cüdoçuları medal qazana bilməyiblər.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}