Azərbaycanın 4 karateçisi Premyer Liqa turnirində medal qazana bilər


Azərbaycanın 4 karateçisi Misirin paytaxtı Qahirədə keçirilən Premyer Liqa turnirində bürünc medal qazana bilər.

Azərbaycan Karate Federasiyasında (AKF) Şəffaflıq.az-a verilən məlumata görə, kişilərdən 60 kq-da Əminağa Quliyev, 67 kq-da Tural Ağalarzadə, 75 kq-da Fərid Ağayev, qadınlardan isə 55 kq-da Mədinə Sadiqova 3-cü yer uğrunda mübarizə aparacaq.

Medal görüşləri yanvarın 29-da baş tutacaq.

Qeyd edək ki, Premyer Liqa turnirində 58 ölkədən 382 idmançı iştirak edir.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}