Türkiyə Mərkəzi Seçki Komissiyasına (YSK) yeni sədr təyin olunub.
Türkiyə Mərkəzi Seçki Komissiyasına (YSK) yeni sədr təyin olunub. Şəffaflıq.az-ın məlumatına görə, qurumun bu gün iclasında Ahmet Yener bu vəzifəyə seçilib. 22 dekabr 2011-ci ildə Ali Məhkəmənin üzvü seçilmiş Ahmet Yener gizli səsvermə ilə YSK-ya sədr olaraq seçilib. Ahmet Yener keçmiş sədr Muharrem Akkayaya təşəkkürünü bildirib. Bundan başqa iclasda YSK-ya 15 yeni üzv, Əkrəm Özbək isə YSK-nın sədr müavini seçilib. Qeyd edək ki, Türkiyədə may ayında prezident, parlament və yerli idarəetmə orqanlarına seçkilər keçiriləcək. Ahmet Yener 1966-cı ildə Ankara şəhərinin Beypazarı rayonunda anadan olub, İstanbul Universitetinin Hüquq fakültəsini bitirib, üç uşaq atasıdır.
Xəbəri paylaş
Facebook-da paylaş