Niderlandın Baş naziri: “Ukraynaya təqdim etmək üçün Almaniyadan “Leopard 2” tanklarını almağa hazırıq”
"Niderland Ukraynaya təqdim etmək üçün Almaniyadan “Leopard 2” tankları ala bilər". Şəffaflıq.az TASS-a istinadən xəbər verir ki, bunu Niderlandın Baş naziri Mark Rutte RTL telekanalına müsahibəsində deyib. "Əgər Niderlandın töhfəsi kömək edərsə, biz bunu etməyə hazırıq", - o bildirib. Qeyd edək ki, Niderland ordusunun silahlanmasında “Leopard 2” tankları olmasa da, ölkə bu döyüş maşınlarından 18-ni Almaniyadan icarəyə götürüb. İki ölkə arasında imzalanmış müqavilələrə əsasən, bu tanklar Almaniyaya məxsusdur, lakin Niderlandın müdafiəsində istifadə oluna bilər.
Xəbəri paylaş
Facebook-da paylaş