Əsas Səhifə > XARİCİ XƏBƏR > Niderlandın Baş naziri: “Ukraynaya təqdim etmək üçün Almaniyadan “Leopard 2” tanklarını almağa hazırıq”

Niderlandın Baş naziri: “Ukraynaya təqdim etmək üçün Almaniyadan “Leopard 2” tanklarını almağa hazırıq”


25-01-2023, 17:51


"Niderland Ukraynaya təqdim etmək üçün Almaniyadan “Leopard 2” tankları ala bilər".

Şəffaflıq.az TASS-a istinadən xəbər verir ki, bunu Niderlandın Baş naziri Mark Rutte RTL telekanalına müsahibəsində deyib.

"Əgər Niderlandın töhfəsi kömək edərsə, biz bunu etməyə hazırıq", - o bildirib.

Qeyd edək ki, Niderland ordusunun silahlanmasında “Leopard 2” tankları olmasa da, ölkə bu döyüş maşınlarından 18-ni Almaniyadan icarəyə götürüb.

İki ölkə arasında imzalanmış müqavilələrə əsasən, bu tanklar Almaniyaya məxsusdur, lakin Niderlandın müdafiəsində istifadə oluna bilər.


Geri qayıt