Ekspert: “Azərbaycan təbii qazına tələbat artmaqda davam edəcək”


“Azərbaycan təbii qazına tələbat artmaqda davam edəcək”.

Bunu Oksford Enerji Tədqiqatları İnstitutunun (OIES) baş elmi işçisi Culian Bouden bildirib.

"Qısamüddətli perspektivdə Azərbaycan üçün təbii qaz nəqlini artırmaq çətin olacaq, lakin 2021-ci ildə Azərbaycan qazına tələbat 4% artıb və güman ki, Qarabağ bərpa olunduqca daha da artacaq", - o əlavə edib. Ekspertin fikrincə, məsələn, 2029-cu ildən başlayaraq qaz ixracını genişləndirmək üçün çoxlu imkanlar var.

"Cənub Qaz Dəhlizi (SGC) genişləndirilərsə, ixracın artırılması ilə bağlı perspektivlər meydana gələr. Azərbaycan bunu nə vaxt həyata keçirə biləcəyini açıq şəkildə bəyan etməlidir", - Bouden əlavə edib.

Ekspert Avropa İttifaqının (Aİ) “yaşıl gələcəyi”nə doğru körpü rolunu oynayan təbii qazın keçid dövründə müəyyən rola malik olduğunu vurğulayıb.

Şəffaflıq.az 


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}