Hərbi ekspert: “İranın nüvə müqaviləsindən çıxması regionda vəziyyəti kəskinləşdirəcək”
"İran “Nüvə silahının yayılmaması haqqında” Müqavilədən çıxarsa, regionda siyasi vəziyyət daha da kəskinləşəcək". hərbi ekspert Devid Gendelman deyib. Onun sözlərinə görə, İran bundan əvvəl də onun üçün arzuolunmaz addımlara cavab olaraq Avropanı Müqavilədən çıxmaqla təhdid etmişdi. Lakin ekspertin fikrincə, təhdid etmək hələ müqavilədən çıxmaq demək deyil: "Əgər bu təhdid reallaşarsa, nüvə müqaviləsi üzrə danışıqlara son qoyulacaq, həmçinin İrana qarşı əlavə sanksiyaların tətbiqi şansı artacaq”. Brüssel Universitetinin Avropa Araşdırmaları İnstitutunun böyük elmi işçisi, Yaxın Şərq üzrə ekspert Kert Debef İranın “Nüvə silahının yayılmaması haqqında” Müqavilədən çıxma ehtimalının az olduğunu deyib: “Fikrimcə, İran heç vaxt etməyəcəyi bir şeylə təhdid edir, çünki bu, nüvə proqramı üzrə danışıqları həmişəlik pozacaq”. O vurğulayıb ki, saziş ilk növbədə İranın özünə lazımdır: "Düşünmürəm ki, bu, Qafqazın təhlükəsizliyinə təhdid törətsin. Bu, İran ilə İsrail arasında münasibətləri dəyişəcəkmi? Xeyr, çünki bu münasibətlər onsuz da elə pis vəziyyətdədir ki, daha da pisləşə bilməz". Xatırladaq ki, daha əvvəl İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Avropa İttifaqının (Aİ) SEPAH-ın terror təşkilatları siyahısına salınması haqqında qərarına cavab olaraq belə bir addımın atılmasının mümkünlüyünü istisna etməyib. Şəffaflıq.az
Facebook-da paylaş