Nizami rayonunda 38 yaşlı kişi bıçaqlanıb


Bakıda 38 yaşlı kişi bıçaqlanıb.

"Report"un xəbərinə görə, hadisə yanvarın 24-ü saat 04 radələrində paytaxtın Nizami rayonu, "Nazlı" şadlıq sarayının yaxınlığında yerləşən yaşayış binasının giriş hissəsində qeydə alınıb.

Belə ki, 1985-ci il təvəllüdlü Mehdiyev Alim Şakir oğlu Zaur adlı şəxslə şəxsi münasibətlər zəminində mübahisə edib. Daha sonra Zaur ona bir neçə bıçaq xəsarəti yetirib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Şəffaflıq.az



Facebook-da paylaş


{sape_links}{sape_article}