Ukraynada helikopter qəzasının qurbanları dəfn olunub


Ukrayna daxili işlər naziri Denis Monastırski, daxili işlər nazirinin birinci müavini Yevgeni Yenin, Daxili İşlər Nazirliyinin dövlət katibi Yuri Lubkoviç və helikopterin qəzaya uğraması nəticəsində həlak olanlar dəfn olunub.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Ukrayna KİV-i məlumat yayıb.

Xatırladaq ki, yanvarın 18-də Ukraynanın Kiyev vilayətinin Brovarı şəhərində helikopter qəzaya uğrayıb. Nəticədə Ukraynanın daxili işlər naziri Denis Monastırski, daxili işlər nazirinin birinci müavini Yevgeni Yenin və Daxili İşlər Nazirliyinin dövlət katibi Yuri Lubkoviç həlak olublar. Göyərtəsində 10 nəfərin olduğu helikopterin uşaq bağçası və yaşayış binasının üzərinə düşməsi nəticəsində ümumilikdə 14 nəfər ölüb, 25 nəfər yaralanıb.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}