İsmayıllıda “20 Yanvar” faciəsinin 33-cü ildönümü yad edilib


20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar İsmayıllı rayonunun Şəhidlər xiyabanı gün ərzində ziyarət olunub.
Şəffaflıq.az xəbər verir ki,ümumxalq hüzn günündə edilən ziyarətdə rayonun icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların kollektivləri, habelə ictimaiyyət nümayəndələri iştirak ediblər.
Ziyarətdə Vətənin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən, qətlə yetirilən günahsız oğul və qızlarımızın əziz xatirəsi böyük ehtiramla yad olunub.

Rayon ərazisində saat 12:00-da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunaraq, nəqliyyat vasitələrindən səs siqnalları verilib.
Daha sonra Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin foyesində 20 Yanvara həsr edilən sərgiyə baxış keçirilib. Sərgidə Qanlı Yanvar hadisələrini əks etdirən fotoşəkillər, kitablar və rəsm əsərləri nümayiş olunub, filmə baxılıb. Məktəblilərin ifasında şeirlər dinlənilib. Tədbirdə həmçinin 20 Yanvar hadisələrinə həsr olunmuş inşa, şeir və rəsm müsabiqələrində qalib gələn məktəblilər mükafatlandırılıb. 

Tədbirin bədii hissəsi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Təhsil sektorunun metodisti Rəşid Məmmədovun “20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ulu Öndər Heydər Əliyevin rolu” mövzusunda məruzəsi dinlənilib.
Tədbir ədəbi- bədii kompozisiya ilə davam etdirilib.



Facebook-da paylaş


{sape_links}{sape_article}