“Sumqayıt”a qol vuran rusiyalı futbolçu: “Qələbə vacib idi”


“Təlim-məşq toplanışının ilk görüşündə “Sumqayıt” üzərində qələbə qazanmaq vacib idi”.

Şəffaflıq.az xəbər verir ki, bunu Rusiyanın “Krılya Sovetov” klubunun futbolçusu Vladislav Şitov Türkiyədəki toplanış çərçivəsində “Sumqayıt”la keçirilən yoxlama oyunu ilə bağlı danışarkən deyib.

Komandasının 1:0 hesabı ilə qalib gəldiyi qarşılaşmada yeganə qolun müəllifi olan Rusiyanın gənclər yığmasının 20 yaşlı hücumçusu klubun rəsmi saytına açıqlamasında bu performansı davam etdirmək istədiyini bildirib: “Bu qələbə özümüzü daha inamlı hiss etməyə, əhvalımızı yaxşılaşdırmağa imkan verəcək. Bu matçın bizə köməyi dəyəcək. 40 günlük tətil zamanı hamı dincəldi, futbolçular indi oynamaq üçün alışıb-yanırlar. Bu qolları ölkə çempionatında da davam etdirməyə çalışacağam”.

Qeyd edək ki, “Sumqayıt” Antalyadakı təlim-məşq toplanışını başa vurub.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}