Kenni Sayef: "Müasir futbol təkcə ayaqla oynanılmır, başdan da istifadə etmək lazımdır".


"Müasir futbol təkcə ayaqla oynanılmır, başdan da istifadə etmək lazımdır".

Şəffaflıq.az-ın məlumatına görə, bunu "Neftçi"nin futbolçusu Kenni Sayef fərqli mövqelərdə oynaması barədə klubun rəsmi televiziyasına açıqlamasında deyib

30 yaşlı yarımmüdafiəçi bildirib ki, meydanın hər yerində ən yaxşısını etməyə çalışır: "Baş məşqçinin verdiyi tapşırığa uyğun oynayıram. Yeni mövqelərdə özümü sınamağı xoşlayıram".

Türkiyənin Antalyada davam edən təlim-məşq toplanışını dəyərləndirən ABŞ millisinin sabiq üzvü hazırlığın çox yaxşı getdiyini söyləyib: "Düzdür, toplanışın əvvəlində bir çox oyunçumuz zədəli oldu. Bizimlə tam məşq keçə bilmədilər. Buna baxmayaraq, bizim üçün çox faydalı hazırlıqdır. Bir-birimizi həm meydanda, həm də kənarda daha yaxşı tanımağa başlayırıq. Ümumi götürsək, hər şey qaydasındadır".

O, Portuqaliyanın "Arouka" klubuna keçən Yusuf Lavalın "Neftçi"ni tərk etməsinə də toxunub: "Ona hər şeyin ən yaxşısını arzulayıram. Komandamız üçün önəmli oyunçulardan idi. Amma özü qərar verdi və getdi, buna hörmətlə yanaşırıq. Yusufu çox sevirik. Onun gedişinin komandaya təsir edib-etməyəcəyini zaman göstərəcək. Rəsmi oyunlar başladıqdan sonra bunu görə biləcəyik. Biz futbolçuyuq, meydanda tapşırıqları yerinə yetiririk. Digər məsələlər baş məşqçinin işidir".


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}