Yusuf Lavalın Portuqaliya klubu ilə imzalayacağı müqavilənin müddəti bəlli olub


"Neftçi"dən ayrılan nigeriyalı futbolçu Yusuf Laval Portuqaliyanın "Arouka" klubu ilə imzalayacağı müqavilənin müddəti bəlli olub.

Şəffaflıq.az  Bola nəşrinə istinadən xəbər verir ki, 25 yaşlı hücumameylli yarımmüdafiəçi ilə sözləşmə 2026-cı ilin yayınadək nəzərdə tutulub.

Növbəti həftənin əvvəlində Portuqaliyaya yollanacaq vingerlə münasibətlər tibbi müayinədən sonra rəsmiləşəcək.

Nəşr Lavalın "Arouka"ya sərbəst oyunçu kimi keçəcəyini yazıb.

"Neftçi"nin Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Rüstəm Allahverdiyev isə "Report"a açıqlamasında bunu təkzib edib: "Afrikalı oyunçunu qarşı tərəfə müəyyən təzminat qarşılığında satmasaydıq, o cür açıqlama yaymazdıq".

Qeyd edək ki, Yusuf Laval "Neftçi"yə 2020-ci ilin yayında Belçika "Lokeren"indən keçib.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}