Çində kimyəvi zavodda partlayış baş verib: ölən, yaralanan və itkin düşənlər var



Çinin şimal-şərqindəki Lyaonin əyalətində kimyəvi zavodda partlayış baş verib.

Nəticədə ən azı iki nəfər ölüb, 34 nəfər yaralanıb.

Bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Məlumata görə, daha 12 nəfər itkin düşüb və barələrində hər hansı məlumat yoxdur. Zərərçəkənlərin hamısı yaxınlıqdakı xəstəxanaya çatdırılıb, onlardan dördünün vəziyyəti ağırdır. Partlayış həm də yanğına səbəb olub, lakin artıq söndürülüb.

Qeyd olunur ki, hadisə alkilasiya (alkil qrupuna daxil olan əvəzedicilərin əlavə edilməsi prosesi - red.) qurğusunun təmiri zamanı baş verib. Hadisənin təfərrüatı dəqiqləşdirilir, araşdırma aparılır.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}