Nepalda matəm elan olundu




Nepalda göyərtəsində 68 sərnişin və 4 ekipaj üzvü olan “Yeti” Hava Yollarına məxsus sərnişin təyyarəsi Poxara Beynəlxalq Hava Limanında uçuş-enmə zolağında qəzaya uğrayıb.

Qəza layner havaya qalxarkən baş verib.

Məlumata görə, hazırda xilasetmə işləri aparılır, hava limanı müvəqqəti bağlanıb.

Nepal hakimiyyəti bazar ertəsi gününü Poxara şəhərində təyyarə qəzası qurbanlarının xatirəsinə milli matəm günü elan edib.

Beynəlxalq hava limanına yaxınlaşarkən qəzaya uğrayan Yeti Hava Yollarına məxsus ATR 72-500 təyyarəsinin göyərtəsində dördü ekipaj üzvü olmaqla ümumilikdə 72 nəfər olub.

Təyyarə Katmandudan havaya qalxıb. İlkin məlumata görə, qəzaya səbəb təyyarənin texniki nasazlığı olub.

Poxara hava limanı müvəqqəti bağlanıb. Təyyarənin göyərtəsində 5 Hindistan, 4 Rusiya, 2 Koreya, hər biri İrlandiya, Argentina, Avstraliya və Fransadan olan 15 əcnəbi olub.  Qalan 53 nəfər nepallı idi.

Son məlumata görə 67 nəfərin öldüyü təsdiqlənib.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}