Ukrayna Prezidenti: "Bu il müharibənin taleyində həlledicidir"
"Bu il müharibənin taleyində həlledicidir". Şəffaflıq.az "Ukrinform"a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Litva Seymində çıxışı zamanı deyib. Onun sözlərinə görə, rus qoşunları Ukrayna torpaqlarında ona görə məğlub edilməlidir ki, digər Avropa ölkələrinə daxil ola bilməsinlər. Zelenski çıxışında Ukraynaya müasir tankların və effektiv artilleriyanın lazım olduğunu bildirib. O həmçinin Rusiyaya qarşı tətbiq edilən sanksiyaların genişləndirilməsinin vacibliyini vurğulayıb. "Biz bu müharibəni qarşı tərəfin məğlubiyyəti ilə başa vurduqdan sonra Rusiya Avropa xalqlarına daha heç nə diktə edə bilməyəcək", - Ukrayna lideri əlavə edib.
Xəbəri paylaş
Facebook-da paylaş