Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna direktor təyin olunub.


Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna direktor təyin olunub.

Şəffaflıq.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı müvafiq əmr imzalanıb.

Əmrə əsasən, bu vəzifəyə tibb üzrə fəlsəfə doktoru Fərhad Verdiyev təyinat alıb.

F.Verdiyev bu təyinata qədər Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsində çalışıb.

Xatırladaq ki, bundan əvvəl həmin tibb müəssisəsinin direktoru Elviz Qasımov olub. O, ötən ilin dekabrında TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun əmri ilə Respublika Klinik Xəstəxanasına direktor təyin edilib.

Qeyd edək ki, bu il yanvar ayının 1-dən etibarən Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu və daha 8 tibb müəssisəsi TƏBİB-in idarəçiliyindən çıxarılaraq Səhiyyə Nazirliyinin tabeliyinə verilib.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}