“Turan Tovuz”a qalib gələn komanda bütün futbolçularını satır


Türkiyənin Antalya şəhərində keçirilən təlim-məşq toplanışında “Turan Tovuz”a 3:2 hesabı ilə qalib gələn Rumıniyanın “Petrolul” klubu bütün futbolçularını satır.

Şəffafıq.az xəbər verir ki, bunu Azərbaycan təmsilçisi ilə görüşdən sonra yerli mətbuata açıqlamasında futbolçu George Qrozav deyib.

“Turan Tovuz”la matçda dubla imza atan 33 yaşlı yarımmüdafiəçi klubun ağır durumdan keçdiyini söyləyib: “Düzünü desəm, mən hələ heç kimlə danışmamışam. Klub pis vəziyyətdədir, hamı satılır. Ümid edirəm ki, bunun öhdəsindən gələ bilərik”.

Qeyd edək ki, “Petrolul” Rumıniya çempionatında 21 turdan sonra 30 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşır.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}